"Neftçi" Misli Premyer Liqasının 31-ci turunda bu gün "Zirə" ilə keçiriləcək oyuna itki ilə çıxacaq.
"Unikal" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Azər Salahlı cəzalı durumda olduğundan bugünkü vacib matçı buraxmalı olacaq.
Zədəsini tam sağaltmayan qapıçı Emil Balayev də hələlik oyuna hazır deyil.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.