Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Qəbələ" ilə üz-üzə gəlib.
Qarşılaşma heç-heçə başa çatıb - 2:2. Qonaqlarda 19-cu dəqiqədə Bilel Auaşeriya fərqlənib. "Köhlən atlar"da 66-cı dəqiqədə Yassin Benzia, 71-ci dəqiqədə Abdullah Zubir rəqibi məyus edib. 85-ci dəqiqədə "Qəbələ"dən Yaovi Akakpo görüşdə son nöqtəni qoyub.
Çempionluğunu rəsmiləşdirmiş "Qarabağ" xallarının sayını 73-ə çatdırıb. Sonuncu-onuncu sıradakı "qırmızı-qaralar"ın 17 xalı var.
Qeyd edək ki, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olacaq. Ötən gün "Sumqayıt" səfərdə "Turan Tovuz"a qalib gəlib - 4:1. XXXI tur aprelin 21-də başa çatacaq.