Xaçmazda iki obyektdə yanğın olub.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, Xaçmaz şəhərində bazar ərazisində bir dam altında tikilən ümumi sahəsi 2 500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində 2 ədəd soyuducu yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 14:57

Xaçmaz şəhərində güclü yanğın baş verib.

"Unikal"ın məlumatına görə, Xaçmaz şəhərində mərkəzi bazarın yaxınlığında yerləşən dönərxana qəfil alışıb. Əraziyə FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. 

Hazırda yanğının məhdudlaşdırılması istiqamətində iş aparılır.

Xanlar Qaraca