Antiterror əməliyyatından sonra Xankəndi şəhərində qalmış separatçı rejimin yazı və rəmzləri sökülür.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Qarabağda separatizmə qarşı antiterror tədbirləri keçirib.
Nəticədə regionda separatizmə son qoyulub və Azərbaycan bütün ərazilərində suverenliyini təmin edib.