Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının növbəti plenar iclası keçirilib.

"Unikal"ın məlumatına görə, 25 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilən Seymur Talıbov isə iclasa qatılmayıb. Onun iclasda iştirak etməməsinin səbəbi açıqlanmayıb. Seymur Talıbov Ali Məclisin bundan əvvəl keçirilən bəzi iclaslarında da iştirak etməyib.

Qeyd edək ki, Seymur Talıbov Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğludur.

Xatırladaq ki, Vasif Talıbov 2022-ci ilin dekabr ayında Ali Məclisin sədri vəzifəsindən istefa vermişdi. Oğlu Seymur Talıbov da atasının istefa ərizəsinə əl qaldırmışdı.

Murad İbrahimli