Rusiya ilə münasibətlərə yenidən baxılır
21:33 22-05-2013
CƏMİYYƏT
Rusiya ilə münasibətlərə yenidən baxılır
Ortadakı problemlər isə elə ortada qalıb
Son zamanlar Rusiya ilə Azərbaycan münasibətləri kifayət qədər gərginləşib və ardıcıllıqla atılan bu addımlar heç də münasibətləri qaydaya salmır. Rusiyalı politoloqlarda hesab edirdi ki, iki ölkə arasında yaranmış donuqluqu yalnız prezidentlərin görüşü vasitəsi ilə həll etmək mümkün olar.
Amma bu görüş indiyə qədər baş tutmayıb. Amma bir ay öncə bəyan edildi ki, Rusiyanın baş diplomatı Sergey Lavrov Azərbaycana gələcək və bir sıra problemlərin həllinə nail olmaq mümkünləşəcək. Amma Sergey Lavrov nümayişkarənə şəkildə bu səfərdən imtina etdi. Bundan sonra isə iki ölkə rəsmilərinin görüşləri demək olar ki, baş tutmadı. Amma nəhayət ki, ortadakı buzlar sındırıldı. Belə ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdü. Görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Görüş zamanı tərəflər ATƏT-in Minsk qrupunun həmsədrlər ilə birgə münaqişənin həlli yolları haqda fikir mübadiləsi aparıblar. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, görüş zamanı iki ölkə arasında bütün istiqamətlərdə əlaqələrin genişlənməsi, iqtisadi münasibətlər müzakirə olunub, iyun ayında Volqoqradda keçiriləcək Regionlararası Forumun keçirilməsinin mühümlüyünü qeyd ediblər: "Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında 2013-2014-cü illəri əhatə edən məsləhətləşmələr planı imzalandı. Xalqlarımız arasında əlaqələrin daha da genişlənməsi istiqamətində işlərin görülüməsi müzakirə olunub. Sergey Lavrov Azərbaycan xalqını Respublika günü münasibəti ilə təbrik edib.Azərbaycan XİN rəbhəri Elmar Məmmədyarov da hazırda gündəmdə əsas məsələnin Dağlıq Qarabağ münaqişəsinin olduğunu bildirib. Onun sözlərinə görə, status-kvo aradan qalxmaldır: "Rusiya həm də ATƏT-də vasitəçi ölkələrdən biridir. Biz Rusiyadan həmsədr ölkə kimi bu stagnasiya vəziyyətinin aradan qalmasına yardım etmsəini gözləyirik. Ermənistanda prezident seçkiləri keçirilib, bizdə də oktyabr ayında olacaq. Bu proses bitdikdən sonra bütün səylərimizi münaqişənin həlli üçün birləşdirəcəyik".Həmçinin nazirlərin görüşündə "Eurovision"da Rusiya təmsilçisinə verilən səslərin oğurlanmasıda müzakirə olunub və bu halın Moskvanın xoşuna gəlmədiyi söylənilib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra bildirib. Onun sözlərinə görə, bu, biabırçı hadisədir və cavabsız qalmayacaq.
Maraqlıdır,Azərbaycan və Rusiya nazirlərinin bu görüşü iki ölkə münasibətlərini axara sala biləcəkmi? Ekspertlər hesab edir ki, hazırda ortada ciddi problemlər var və bu problemlər tam olaraq siyasiləşib. Elə Rusiyanın Azərbaycan neftinin nəqlindən imtinasıda bir siyasi gedişdir. Əslində bu layihə Azərbaycana iqtisadi baxımdan o qədər də sərf etmirdi. Amma Rusiya ilə münasibətlərin qorunması üçün o zaman buna razılığını vermişdi. İndi isə Rusiyanın bundan imtinası onu göstərir ki, Rusiya Azərbaycanla ciddi siyasi savaşa hazırlaşır. Bundan başqa Azərbaycan Ümumgömürük İttifaqına üzv olmaqdan imtina edir ki, buda Rusiyanı ciddi şəkildə qəzəbləndirib. Və buna cavab olaraq son bir ildə Rusiya Ermənistanı ağılasığmaz həddə silahlandırıb və hazırda ən müasir silahlar Ermənistana daşınmaqdadır. Bütün bu problemləri isə iki nazirin həll edə biləcəyi inandırıcı deyil. Amma analitiklər hesab edir ki, bu görüş dialoqu bərpa edə bilər və Azərbaycan və Rusiya prezidentlərinin görüşü üçün stimul rolunu oynaya bilər.
Fuad
Digər Xəbərlər
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21