Azərbaycan yenidən NATO-nun diqqət mərkəzində
19:30 23-05-2013
CƏMİYYƏT
Azərbaycan yenidən NATO-nun diqqət mərkəzində
Rusiya və İran hərəkətə keçir
“2014-cü ildən sonra Əfqanıstanda olan qüvvələr tam çıxarılmayacaq, kontingent azalacaq. Orada missiyanın adı və mahiyyəti dəyişəcək. Onun mahiyyəti odur ki, Əfqanıstan qüvvələri üçün təlim-tədris və yardım təşkil olunacaq”.Bunu Azərbaycanın NATO-dakı səfiri Xəzər İbrahim deyib. O bildirib ki, 2014-cü ildən sonra da Azərbaycan sülhməramlıları Əfqanıstanda qalacaq: “Azərbaycan orada qalacağını bəyan edən və təsdiq edən 8 tərəfdaş ölkədən biridir.
2014-cü ildən sonra missiya üçün iki sənəd hazırlanmalıdır: Əməliyyat üçün konsepsiya və Əməliyyat üçün tələbatlar. Onları NATO hazırlayır, amma hələlik tərtib olunmayıb. Həmin sənədlər hazır olandan sonra Azərbaycan və digər ölkələr Əfqanıstanın inkişafına hansı töhfələri verə biləcəyini deyə bilər”.Əfqanıstana Azərbaycan vasitəsilə yüklərin daşınmasına toxunan X. İbrahim bildirib ki, Azərbaycanın hava məkanı Əfqanıstan üçün açıqdır: “Əfqanıstana yüklərin 35 faizi Azərbaycan vasitəsilə daşınır. Hava məkanından başqa, yerüstü və dəniz vasitəsilə yükdaşımalar üçün geniş imkanlar açılacaq. Bakı-Tiflis-Qars dəmir yolu tikintisindən və Ələtdə dəniz limanının açılmasından sonra yükdaşımaların həcmi artacaq və ən vacibi odur ki, bu, ən ucuz və ən qısa yol olacaq”.Beləliklə verilən açıqlamadan anlaşılan budur ki, Azərbaycan artıq NATO qoşunlarının Azərbaycan vasitəsi ilə Əfqanıstandan çıxarılmasına prinsipial razılığını verib. Qeyd edək ki, Azərbaycanın bu razılığı verməməsi üçün son iki ay ərzində istər Rusiya , istərsə də İran ölkəmizə təzyiqləri həddindən artıq artırıblar. Rusiya prezidenti Vladimir Putin açıqlama verərək bunu təhlükəli oyun adlandırmışdı və belə bir anlaşma olarsa Rusiyanın seyrçi mövqedə qalmayacağını bəyanlamışdı.Məhz bu açıqlamadan sonra Rusiya qoşunları hərəkətə gətirildi. İndinin özündə belə Azərbaycanla sərhəd bölgələrinə Rusiya ordu birləşmələri yerləşdirilib. Hətta bir neçə dəfə hərbi təlimlərdə həyata keçirilib. Bölgədə baş verənləri dəyərləndirən analitiklər hesab edir ki, Rusiya hazırda adi bir bəhanə axtarır ki, ordu hissələrini Azərbaycana yeritsin. Hətta bu olayları Gürcüstan olayları ilə eyniləşdirirlərdə. Qeyd edək ki, bir neçə il öncə Rusiya qoşunları Gürcüstanla sərhəd bölgəsinə yerləşdirildi və adi bir bəhanədən istifadə edərək 5 günlük müharibə edərək Abxaziyanı işğal etdilər. Ekspertlər hesab edir ki, hazırda Rusiya Azərbaycanla da bağlı eyni ssenarini həyata keçirməyə çalışır. Bundan başqa Rusiya Ermənistandakı hərbi bazasınıda bir neçə dəfə böyüdüb. Ekspertlər hesab edir ki, bu məsələdə Rusiya ilə İran eyni siyasi xətt həyata keçirir və yaxın zamanlarda İranda bölgədə hərbi balansı dəyişməyə çalışacaq. Ən azından Xəzər dənizində hərbi imkanlarını genişləndirəcək. Çünki İran dəfələrlə bəyan edib ki, ölkəyə qarşı hər hansı hərbi təzyiqlər olarsa Azərbaycana məxsus neft buruqlarını sıradan çıxaracaq. Bunu da qeyd edək ki, İran artıq Xəzərdə bir neçə dəfə hərbi təlimlər keçirib və açıq şəkildə nümayiş etdirib ki, bölgədə hələ də söz sahibidir. Maraqlıdır,bəs nədən Rusiya və İran NATO qoşunlarının Azərbaycan vasitəsi ilə çıxarılmasından narahatdır? Ekspertlər hesab edir ki, bu çıxarılma prosesi uzun zaman tələb edir və bu zaman ərzində NATO qoşunları Azərbaycanda yerləşə bilər. Bu isə o deməkdir ki, Rusiya regiona təsirini tamamı ilə itirəcək. Hətta buda bildirilir ki, həmin ərəfədə ABŞ çalışacaq ki, Dağlıq Qarabağ problemini həll etsin və bölgəyə gətirilən NATO birləşmələri sülhməramlı kimi Dağlıq Qarabağa yerləşdirilsin.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44