Xarici siyasətdə ki, çatlar
22:55 24-05-2013
CƏMİYYƏT
Xarici siyasətdə ki, çatlar
Rusiya Qarabağı gündəmə gətirir
Son zamanlar Azərbaycanın xarici siyasətində bir sıra gərginliklər müşahidə olunmaqdadır. İstət Rusiya ilə , istərsə də İranla zəncirvari şəkildə münasibətlər gah sərinləşir,gah da diplomatik əlaqələr gücləndirilir. Elə sonuncu dəfə İranla yeni problemlər yaşandı. Belə ki, İran tərəfi heç bir əsaslandırma göstərmədən azərbaycanlı bir alimi həbs etdilər. Halbu ki,bu həbsdən bir neçə gün öncə PA-in rəhbəri Ramiz Mehdiyev İrana səfər edərək əlaqələrin möhkəmlənməsi istiqamətində danışıqlar aparmışdı.
Amma ekspertlər bildirirdi ki, İran Azərbaycanla gərginliyi artıracaq və bunun başlıca səbəbi Azərbaycanın baş diplomatının İsrailə səfər edən zaman səslənən bəyanatlardır. Həmin zaman İsrail prezidenti İranın ünvanına sərt ittihamlar səsləndirmişdi. Amma Elmar Məmmədyarov bu arqumentlə razılaşmır. "İstənilən qonşu ölkələr kimi Azərbaycanla İranın da münasibətlərində nahamarlıq var, lakin biz ümumi dil tapa bilirik".Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir qeyd edib ki, Azərbaycan həmişə siyasəti öz milli maraqlarından çıxış edərək qurmağa çalışır: "Mənim İsrailə səfərim zamanı bir neçə mollanın verdiyi bəyanatları saymasaq, deməzdim ki, İranla çətinliklərimiz var. Bu günlərdə İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə telefon danışığım oldu. O məni Tehrana konfransa dəvət etdi, təəssüf ki gedə bilməyəcəyəm. Salehi İranda prezident seçkilərinə kimi Bakıya gəlmək arzusunu ifadə etdi. Qısası, hər qonşu dövlət arasında olduğu kimi bizim də İranla münasibətlərimiz hamar deyil, lakin biz ümumi dil tapırıq".Bundan başqa son bir ay ərzində Dağlıq Qarabağla da bağlı danışıqlar intensivləşib. Hətta buda qeyd olunur ki, problemin 6 prinsip əsasında həlli də mümkündür. Buna görə ATƏT-in Minsk qrupunun üzvləri bölgəyə səfər edib və ehtimal olunur ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşüdə mümkün olsun. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Elmar Məmmədyarov problemin həllinə yönəlik səyləri üçqat artırmağa çağırıb: "Status məsələsinin həllinə qədər danışıqlar masasını mürəkkəbliklərdən təmizləmək lazımdır. Bu situasiyada bunlar - hərbi faktorun mövcudluğu, güc tətbiqi, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarında qalması, qaçqınlar və məcburi köçkünlər kimi sosial partlayışa səbəb ola biləcək elementin mövcudluğudur. Azərbaycan tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə tərəfdardır. Biz bir neçə il əvvəl Rusiyanın köməyi ilə təşkil olunmuş qarşılıqlı səfərlərin bərpasını təklif edirik. O zaman iki belə səfər təşkil olundu. Lakin sonradan Ermənistan buna qadağa qoydu. Bu, etimad mühiti formalaşdırmaq üçün ciddi tədbirdir".
Bunu da qeyd edək ki, əksər analitiklər hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaranmış aktivlik əslində Rusiyanın siyasətinin bir hissəsidir. Belə ki, Rusiya bir tərəfdən Ermənistanı ciddi şəkildə silahlandırır, bu biri tərəfdən isə Dağlıq Qarabağ problemini gündəmə gətirir. Amma məqsəd problemin həlli yox, sadəcə olaraq bundan Azərbaycan hakimiyyətinə qarşı istifadə etməkdir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 10:23:44
2024-12-28 10:11:10
2024-12-28 09:46:56
2024-12-28 09:09:26
2024-12-28 08:43:00
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06