Mayın 10-da saat 11 radələrində qohumu tərəfindən bıçaq xəsarətləri yetirilmiş Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovanın vəziyyəti ağır-stabildir.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Unikal"a bildirilib ki, Təcili tibbi yardım şöbəsinə yerləşdirilən Zəminə Məmmədovaya boynun ön və sağ nahiyəsinin kəsilmiş yarası, traxeyanın ön və hər iki yan divarının kəsilmiş yarası, boynun ön və sağ yan qrup əzələlərinin kəsilmiş yarası diaqnozları təyin edilib. Əməliyyat olunub. Hazırda müalicəsi davam etdirilir.
*** 14:43
Mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək qohumu Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.