Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Teleqram kanalında “Avroviziya-2024” mahnı müsabiqəsini sərt şəkildə tənqid edib.
"Unikal" xəbər verir ki, Rusiya XİN rəsmisi "Avroviziya"nı “orgiya” və “şabaş”la müqayisə edib.
“Avroviziya-2024 hər hansı bir orgiya, şabaş və ya ritual müqəddəsliyi geridə qoyub. Qərbi Avropanın dəfn mərasimləri müntəzəm olaraq keçirilir. Sürprizlər olmadan”, - deyə Mariya Zaxarova yazıb.