Rusiya triatlon komandasının olimpiya iştirakçısı İqor Sısoyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı idmançının avtomobili yük maşını ilə toqquşub. Hadisə nəticəsində Sısoyev yerindəcə keçinib.
O, Rusiya idmanının əfsanəsi, Afina və Pekində keçirilən Olimpiya Oyunlarının iştirakçısı və federal idman hazırlığı sisteminin banisi kimi tanınırdı.