Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə yaxın qohumlarını öldürməyə cəhddə təqsirləndirilən ata və oğulun məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 29,120.2.1-ci maddəsi ilə təqsirləndirilən Yusif və Allahverdi Mahmudovalrın məhkəmə prosesində şahid qismində Məmmədova Nigar Yusif qızı ifadə verib:
"Həyat yoldaşımın valideynləri ilə birgə Quba rayonuna istirahətə getmişdik. Orada Ağasəlim üstümə telefon atıb. Qubada dalaşdıq, məni döydü. Sonra yoldaşım Agasəlim aramızda olanları anama, qardaşıma danşıdı. Bundan sonra aralarında mübahisə yarandı. Bıçaqlanma hadisəsi olan zaman mən görməmişəm. Qardaşım mənim ərimlə dalaşanda aralarına girib aralamışam. Yoldaşımı qucaqlayanda gördüm bütün qandı. Bıçaq qardaşımın əlində idi. Aralamasaydım ərimi öldürəcəkdilər. Anamda qardaşımın əlindən tutub ayırdı. Atamın evinə mən əsəbi olduğuma görə gəlmişdim. Mən ərimdən valideyinlərimə şikaytələnməmişəm. Valideyinlərimlə həyat yoldaşımın barışmasına razıyam.
Sonra təqsirləndirilən Allahverdi Mahmudov şahidə öz fikrini bildirib: "Səni yoldaşın asmaq istədiyi üçün onu vurmuşam, biləsən. Türmədən sənə hamilə olduğunu üçün pul göndərirdim, haqqımı sənə halal eləmirəm".
Xatırladaq ki, hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb. Yusif və Allahverdi Mahmudovlar yeznələri Ağasəlim Məmmədovu öldürməyə cəhddə təqsirli bilinərək rayon prokurorluğu tərəfindən həbs ediliblər.
Azər İsrafilov