"Bavariya"nın iki futbolçusu mövsümün sonunda komandadan ayrılacaq.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı kamerunlu hücumçu Erik Şupo-Motinq və 32 yaşlı seneqallı müdafiəçi Bouna Sarr yayda Münhen təmsilçisini azad agent kimi tərk edəcəklər. Futbolçularla vida mərasimi "Volfsburq"la son ev oyunundan (2:0) əvvəl baş tutub.
"Bavariya"nın heyətində 122 oyun keçirən Erik 38 qol vurub, 13 qolun ötürməsini verib. Sarr isə 4 mövsüm ərzində 33 matça çıxıb, 1 qol vurub və 4 qolun ötürməsini verib.