“Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.
O məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev Ceyhun Baloğlanovdan 58 min manat, idmançı Kamil Zeynallının etibarından sui-istifadə edərək ona 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova 53 min manat dələduzluq edib. İş üzrə ümumilikdə E. Ağayev 7 nəfərə qarşı 300 min manat dələduzluq edib. E. Ağayev zərərçəkmişlərə ev tikmək adı ilə söz versə də, sonradan yığılan məbləği mənimsəyib.
Xatırladaq ki, Emil Ağayevin zərərçəkənlərin arasında tanınmış idmançı Kamil Zeynallı da var.
Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Azər İsrafilov