“Fənərbağça”nın sabiq prezidenti Əziz Yıldırım iyunda keçiriləcək konqresdə yenidən prezidentliyə namizəd olmaq qərarına gəlib.
“Unikal” xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb.
Xatırladaq ki, Yıldırım 15 fevral 1998-ci ildə keçirilən adi ümumi qurultayda digər namizəd Vəfa Küçükə cəmi 1 səs fərqi ilə qalib gələrək “Fənərbağça” klubunun prezidenti seçilmişdi.
Daha sonra 20 il vəzifə yerinə yetirən Yıldırım 2018-ci ildə keçirilən seçkilərdə bu vəzifəni Ali Koça həvalə edib.