Azərbaycan Premyer Liqasında legioner limiti dəyişməyib.
"Unikal" xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov bildirib.
O qeyd edib ki, İcraiyyə Komitəsinin bugünkü iclasında aparılan müzakirələrdən sonra qərar alınıb ki, 2024/2025 mövsümündə də Misli Premyer Liqasında legioner limiti 7+4 (7 legioner, 4 yerli) olaraq saxlanılsın. Lakin 2025/26 mövsümündən etibarən limit 8+3 (8 legioner, 3 yerli) olacaq.