Futbol üzrə Kanada millisinin yeni baş məşqçisi məlum olub.

"Unikal" Kanada Futbol Assosiasiyasının (CSA) rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə amerikalı Cessi Marş gətirlib. 51 yaşlı mütəxəssislə 2026-cı ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Cessi Marş daha əvvəl “Zaltsburq” ( Avstriya), "Leyptsiq" (Almaniya) və “Lids Yunayted” (İngiltərə) komandalarında işləyib.