Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.
"Unikal" apa-ya istinadən xəbər verir ki, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.
K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.
Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gəlib. 2 - 3 gündən sonra ondan heç bir xəbər olmayıb.
Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
*** 18:30
Lənkəranda 70 gün əvvəl itkin düşən qadının meyiti tapılıb.
"Unikal" xəbər verir ki, qadının meyiti bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində tapılıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma gedir.