Futbol üzrə Azərbaycan II Liqasının çempionu bəlli olub.
“Unikal"” xəbər verir ki, XXV tur çərçivəsində doğma meydanda “Dinamo” komandasına qalib gələn (4:2) “Baku Sportinq” xallarının sayını 61-ə çatdıraraq qızıl medalları özü üçün təmin edib.
Paytaxt təmsilçisi mövsümün başa çatmasına 1 tur qalmış 56 xala malik “Füzuli”ni qabaqlayıb.