Xəbər verdiyimiz kimi, Müsavat partiyası fəalı Natiq Mehdi Məhəmməd oğlunun (Natiq Ulubəy) itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
"Unikal" xəbər verir ki, araşdırmalarla 1964-cü il təvəllüdlü Natiq Mehdinin iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Elsevər İslamov Xətai rayonunda yerləşən 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) olub.
O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırma aparılır.