Fransanın Paris Sen-Jermen klubunun rəhbərliyi "Napoli"nin 22 yaşlı oyunçusu Xviça Kvaratsxeliyanı 80 milyon avroya almaq istəyir.
"Unikal" xarici KİV-ə isitnadən xəbər verir ki, italyan komandasının rəhbərliyi isə bu pula görə futbolçunu satmağa hazır deyil. Onlar parislilərdən 120 milyon avro almağı düşünür.
Xviça Kvaratsxeliya 2022-ci ilin iyulunda Batumi "Dinamo"sundan "Napoli"yə keçib. Futbolçu mart ayında Kazan komandasından təlim-məşq toplanışı üçün Gürcüstan millisinə yollanıb və geri qayıtmayıb. Daha sonra "Rubin" futbolçu ilə müqavilənin dayandırıldığını açıqlayıb.