Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq.
İlham Əliyev və Aleksandr Lukaşenko, həmçinin, Azərbaycanın beynəlxalq kənd təsərrüfatı “Caspian Agro” sərgisinə baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar.