Dağlıq Qarbağ məsələsi gündəmdə
23:36 25-05-2013
CƏMİYYƏT
Dağlıq Qarbağ məsələsi gündəmdə
Ermənistan effektli hucuma hazırlaşır
Son bir ay ərzində dağlıq Qarabağla bağlı danışıqlar kifayət qədər intensivləşib. Əslində belə bir intensivləşmə gözlənilmirdi və əksəriyyət bu fikirdə idi ki, aparılan danışıqlar heç bir nəticə verməyəcək. Hətta Rusiyanın baş diplomatı Sergey Lavrov açıq şəkildə bildirmişdi ki, problemin yaxın vaxtlarda həllindən danışmaq düz deyil və bu mümkünsüzdür.
Eyni zamanda Azərbaycan və Ermənistanda ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıqlarını bildirirdilər və hesab edilirdi ki, artıq yeni formata ehtiyac var. Amma gözlənilmədən bu deyilənlər unuduldu və gündəmə altılıq prinsipi daxil edildi və danışıqlar intensivləşdirildi. Ekspertlər hesab edir ki, belə bir ajiotajın yaranmasının isə arxasında məhz Rusiya durur. Belə ki, Rusiya regionda təsirini artırmaq , Azərbaycana təzyiq etmək üçün Dağlıq Qarabağ problemini yenidən qabardır. Hətta bu günlərdə Elmar Məmmədyarovla görüşən Sergey Lavrov buna işarə olacaq açıqlamada verdi. O , bəyan etdi ki, Dağlıq Qarabağ problemi həll olunan zaman Ermənistanın maraqları təmin olunmalıdır. Bu isə açıq şəkildə Ermənistana bir dəstək idi. Ermənistan isə hazırda Rusiyanın bu oyununa həvəslə razılıq verib və bununla paralel olaraq qərbində dəstəyini qazanmağa çalışır. Çünki hazırda Ermənistan Avropa Şurası Nazirlər kabinetinin sədridir və bu imkanlarından yararlanaraq Dağlıq Qarabağ problemini öz istədikləri kimi gündəmə gətirməyə çalışırlar və bu istiqamətdə artıq ilk addımda atılıb. Belə ki, mayın 31-də İrəvanda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Ermənistanın rəhbərliyi altında AŞPA daimi komitəsinin iclası keçiriləcək.Müzakirələrdə əsas diqqət Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetlərinə, AŞPA ilə AŞ Nazirlər Komitəsi arasında siyasi dialoqa ayrılacaq.İclasın gündəliyinə alternativ həbs cəzası, Avropa Şurasının 2014-2015-ci il büdcəsinin müzakirəsi də daxildir.AŞPA Avropa Sollar Qrupu iclasda "Dağlıq Qarabağ münaqişəsi 25 il sonra: Ermənistan və Azərbaycan barışdırmaq üçün Avropa Şurasının imkanları" mövzusunda müzakirələr keçirməsi təklif edilib. Bu diskussiyaların tarixi iclasın gündəliyi təsdiqlənən zaman müəyyən olunacaq.Xatırladaq ki, mayın 16-da Ermənistan Avropa Şurası Nazirlər Komitəsinə altı aylıq sədrlik səlahiyyətini rəsmən təhvil alıb. Ekspertlər hesab edir ki, Ermənistan bu fürsətdən yararlanaraq ən azından Azərbaycanı müəyyən məsələlərdə güzəştə getməyə məcbur edə bilər. Bu güzəştlər nə ola bilər? İlk növbədə qərbin təzyiqi ilə Xankəndi hava limanının istifadəyə verilməsinə razılıq ala bilər. Bundan başqa çalışacaqlar ki, Rusiya ordusunun dağlıq Qarabağda yerləşməsinə nail olsunlar. Bunun üçün çox sadə üsuldan istifadə oluna bilər. Ekspertlər hesab edir ki, Rusiyanın razılığı ilə Ermənistan işğal etdiyi bir neçə rayonu geri qaytara bilər və bundan sonra prosesin davam etdirilməsi və təhlükəsizliyin təmin olunması üçün sülhməramlı şəkilində Rusiya ordusunun Dağlıq Qarabağa girməsini təmin edə bilərlər. Bu isə hardasa Abxaziya variantının təkrarıdır. Ekspertlər hesab edir ki, Rusiya ordusunun dağlıq Qarabağa girməsi isə o deməkdir ki, Azərbaycan bir dəfəlik bu ərazidən imtina etməli olacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00