Pakistanda qızlar məktəbinə bombalı hücum olub.

"Unikal" xəbər verir ki, Pakistanın Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində qızlar məktəbinə bombalı hücum təşkil edilib. 

Polis məmuru Səfdər Xan açıqlamasında gecə yarısı qızlar məktəbində naməlum şəxslərin həyata keçirdiyi bombalı hücumda xəsarət alan olmadığını bildirib.

Bu ay ikinci dəfə bir məktəbə bomba qoyulduğunu bildirən Xan, son hücumun məsuliyyətini heç kimin üzərinə götürmədiyini qeyd edib. Bu arada hücumun qadınların təhsil almasına qarşı çıxan və daha əvvəl bölgədəki qız məktəblərinə hücum edən Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirildiyi iddia edilir.

Zərifə Nağıyeva