Futbol üzrə İsveçrə millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.
"Unikal" İsveçrə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Murat Yakın 38 futbolçuya ddəvət göndərib. Reqlamentə əsasən, yekun siyahıda 26 futbolçu olmalıdır. Bu səbəbdən qarşıdakı günlərdə 12 nəfərin adı heyətdən çıxarılacaq.
Qapıçılar: Yann Zommer (“İnter”, İtaliya), İvon Mvoqo (“Loryan”, Fransa), Paskal Lorets (“Lütsern”), Qreqor Kobel (“Borussiya Dortmund”, Almaniya), Marvin Keller (“Yanq Boyz”)
Müdafiəçilər: Rikardo Rodriges (“Torino”, İtaliya), Fabian Şer (“Nyukasl”, İngiltərə), Manuel Akanci (“Mançester Siti”, İngiltərə), Niko Elvedi (“Borussiya Mönhenqladbax”, Almaniya), Ulisses Qarsiya (“Marsel”, Fransa), Sedrik Tseziger (“Volfsburq”, Almaniya), Kevin Mbabu (“Fulhem”, İngiltərə), Albian Haydari (“Luqano”), Brayan Oko (“Zaltsburq”), Silvan Vidmer (“Maynts”, Almaniya), Beçir Omeraqiç (“Monpelye”, Fransa), Leonidas Stergiu (“Ştutqart”, Almaniya), Orel Amenda (“Ayntraxt”, Almaniya)
Yarımmüdafiəçilər: Mişel Ebişer (“Bolonya”, İtaliya), Uran Bislimi (“Luqano”), Kvadvo Dua (“Ludoqorets”, Bolqarıstan), Qranit Caka (“Bayer”, Almaniya), Remo Froyler (“Nottingem Forest”), Cerdan Şakiri (“Çikaqo Fayr”, ABŞ), Filip Uqriniç, Joel Monteyru (hər ikisi “Yanq Boyz”), Denis Zakaria (“Monako”), Ruben Varqas (“Auqsburq”, Almaniya), Dan Ndoye (“Bazel”), Ardon Yaşari (“Lütsern”), Stiven Tsüber (AEK, Yunanıstan), Renato Şteffen (“Luqano”), Fabian Rider (“Renn”, Fransa)
Hücumçular: Noa Okafor (“Milan”, İtaliya), Zeki Amduni (“Börnli”, İngiltərə), Vensan Syerro (“Tuluza”, Fransa), Andi Zekiri (“Genk”, Belçika), Brel Embolo (“Monako”, Fransa)
Qeyd edək ki, “Avro-2024” iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. İsveçrə yığması A qrupunda Macarıstan, Şotlandiya və Almaniya ilə mübarizə aparacaq.