Bakı şəhərinin Xətai rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə və qarşısına yığılan taxta tullantıları 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Unikal"a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı üçmərtəbəli fərdi yaşayış evinin 3-cü mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XXX
14:27
Bakıda fərdi yaşayış evində yanğın olub.
“Unikal”ın məlumatına görə, hadisə Xətai rayonunda fərdi yaşayış evlərindən birində qeydə alınıb. Əraziyə yanğınsöndürən avtomobillər və şəxsi heyət cəlb olunub.
Əlavə məlumat veriləcək.