2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 1044 nəfər insulindən asılı, 29456 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

2023-cü ilin sonuna tibb müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin cəmi sayı 385179 nəfərdir ki, onlardan 35765 nəfəri insulindən asılı, 349414 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.