Xəbər verdiyimiz kimi, İran prezidentinin qəzaya uğrayan helikopterinin qalıqları tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kulivənd bildirib. 

Onun sözlərinə görə, xilasedicilər helikopterin qalıqlarına çatıblar: "Qəzaya uğrayan helikopterin yerini aşkar etdikdən sonra helikopterdəkilərin sağ olmasına dair heç bir əlamət tapılmayıb". 

Qeyd edək ki, helikopterin göyərtəsində prezident İbrahim Rəisi ilə bərabər Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri olub.

Ağarza Elçinoğlu