Cəlilabadda məktəblinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş veribh. 

"Unikal"ın məlumatına görə, hadisə  rayonun Uzuntəpə kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini olan 2016-cı il təvəllüdlü Sürac Rüstəmovu "Ford" markalı mikroavtobus vurub. O, ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov