Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Qarabörk kəndi ərazisində baş verib. Minik avtomobillərinin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1979-cu il təvəllüdlü Ağdaş rayon sakini Tağıyev Rüfət Məhəmədiyyə oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov