Bu gün səhər saatlarından etibarən İran parlamenti öz işinə başlayıb. 

"Unikal" xəbər verir ki,  iclası başlamazdan əvvəl keçirilən mərasimdə parlamentin sədri və üzvləri helikopter qəzasında həlak olan İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin xatirəsini ehtiramla yad ediblər.

Deputatların kədərli şəkildə iclasda iştirak etməsi medianın diqqətindən yayınmayıb. 

İran parlamentindən fotoları təqdim edirik:  

Gülayə  Mecid