Londonun ən böyük beynəlxalq aeroportu olan Hitrou hava limanı özünün "Facebook" səhifəsində "Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) həsr olunmuş paylaşım edib.

"Unikal" xəbər verir ki, paylaşımda qeyd olunub:

"Azərbaycan Qərb və Şərq koloritlərinin ahəngi sayəsində unikal və füsunkar ölkədir, burada öyrəniləsi çox şey var və AZAL sizin bələdçiniz olmağa hazırdır". 

Qeyd olunur ki, Hitroudan qalxan üç birbaşa reys sayəsində AZAL-ın səmərəlilik, rahatlıq və komfortun ideal vəhdətini əks etdirən biznes klas uçuşları ilə “787-8”təyyarəsində rahat səyahət edə bilərsiniz.