İranın ali dini lideri Əli Xamenei helikopter qəzasında həlak olmuş respublika prezidenti İbrahim Rəisinin və onu müşayiət edənlərin cənazələri üçün dua mərasimi keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.  

Mayın 22-də səhər Tehran Universitetində namaz qılınacaq. 

Rəisinin dəfn mərasimi mayın 23-də doğulduğu Məşhəd şəhərində keçiriləcək.