16 may 2024-cü il tarixində  Azərbaycanın bir çox elmi müəssisələri ilə əməkdaşlıq edən Polşanın Plagiat.pl şirkəti tərəfindən master klass təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdə süni intellekt məzmunun tanınması, elmi və tələbə işlərinin yazılması zamanı süni intellektdən qanunsuz istifadə, StrikePlagiarism.com saytında süni intellekt hesabatı, süni intellekt axtarış modulundan istifadə üsulları və LMS sistemləri ilə inteqrasiya, tələbə işinin yoxlanılmasının qeyri-mərkəzləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin süni intellektdən sui-istifadə edilməsinin qarşısının alınması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Sözügedən tədbirdə AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş mütəxəssisi Ülviyyə Abdullayeva iştirak edib.