İsrail İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr üçün dərhal geri çağırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz "X" sosial şəbəkəsində yazıb. 

 İsrail ölkələrin Fələstini tanımaq qərarı fonunda bu addımı atıb: "Mən İsrailin İrlandiya və Norveçdəki səfirlərinin Fələstin dövlətini tanımaq qərarları fonunda məsləhətləşmələr üçün dərhal geri çağırılmasını əmr etdim". 

Nazir əlavə edib ki, bu cür qərarlar ağır nəticələrə səbəb olacaq: "Əgər İspaniya Fələstin dövlətini tanımaq niyyətini həyata keçirsə, ona qarşı da oxşar tədbirlər görüləcək". 

Ağarza Elçinoğlu