Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Unikal"a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına, o cümlədən neft buruqları və yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 600 kv.m sahədə qamışlıq və quru ot yanıb.

Ərazidə yerləşən neft buruqları və yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.