"Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycana qarşı müharibədə məğlubiyyətə görə Rusiyanı günahlandırmağa çalışır". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

O, 2020-ci ildə Bakıya yardım göstərdiyinə görə Paşinyanın KTMT-yə üzv iki ölkəyə qarşı dünənki ittihamlarını belə şərh edib: "Rusiya və Belarusu nəzərdən keçirmək olar. Fikrimcə, bunun üçün fərziyyələr irəli sürməyə ehtiyac yoxdur. Mənim mövqeyim çoxdan məlumdur. Paşinyan erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışan yalançı və əclafdır, uğursuzluğa düçar olur və sələflərinin və bütün erməni xalqının uzun illər mübarizə apardığı hər şeyi itirir". 

Ağarza Elçinoğlu