Azərbaycan-Rusiya-ABŞ üçbucağı
19:23 30-05-2013
CƏMİYYƏT
Azərbaycan-Rusiya-ABŞ üçbucağı
Rusiya korbucaq rolunda çıxış etməkdədir
Son zamanlar Dağlıq Qarabağ məsələsi ciddi şəkildə yenidən gündəmə gətirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər və hazırda danışıqlar aparılır ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri təşkil edilsin. Bundan başqa Azərbaycanın baş diplomatı Rusiyaya səfər etdi və Sergey Lavrovla görüş keçirtdi. Görüş o qədər də uğurlu görüş hesab olunmazdı və həmin vaxt Sergey Lavrov Azərbaycanın maraqlarına cavab verməyən bəzi açıqlamalar etdi.
Məsələn, bəyan etdi ki, Dağlıq Qarabağ probleminin həlli zamanı Ermənistanın da maraqları nəzərə alınmalıdır. Söhbət hansı maraqlardan gedir, buna isə cavab verilmədi. Ən qəribəsi isə budur ki, Rusiya tərəfi bəyan etdi ki, Dağlıq Qarabağla bağlı danışıqlar intensivləşdirilməlidir və Rusiya bu məsələdə mühüm rol oynayacaq. Halbu ki, bir neçə ay öncə Sergey Lavrov bildirmişdi ki, danışıqlar passivləşib və yaxın zamanlarda bu danışıqlardan nə isə gözləməyə dəyməz. İndi isə bunun tam əksi olan açıqlama verir. Ekspertlər hesab edir ki, Rusiya əslində bu bəyanatı verməklə Azərbaycana açıq şəkildə təzyiqlərini edir və danışıqları intensivləşdirməklə əslində Azərbaycanın maraqlarına zidd olan təklifləri gündəmə gətirməklə təzyiqləri yeni fazaya keçirəcəklər. Çox maraqlı başqa bir məqam isə budur ki, Sergey Lavrovdan sonra Rusiyanın hərbi elitasıda bəyanatla çıxış etdilər və bildirdilər ki, hazırda müəyyən qüvvələr Rusiyanı Qafqazdan sıxışdırıb çıxartmağa çalışır və Rusiya bununla razılaşmamalı, lazım olarsa hərbi güclərdən də istifadə etməlidir. Artıq bu istiqamətdə də işlərin hazırlığına başlanılıb. Belə ki, bir tərəfdən Ermənistan hərbiləşdirilir, digər tərəfdən isə Rusiya qoşunlarını Azərbaycanla sərhəddə yığır. Ən maraqlısı isə budur ki, artıq bir neçə gündür ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyi də bir araya toplanaraq bir sıra mühüm məsələləri müzakirə ediblər. Belə ki, Vladimir Putin Tacikistan və Qırğızıstan prezidentləri ilə görüşərək NATO qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə hazırlıq görməyi təklif edib. Xatırladaq ki, NATO qoşunları məhz Azərbaycan ərazisindən istifadə olunaraq çıxarılmalıdır ki, Rusiyada bununla razılaşmır. Bütün bunlar isə təsdiqləyir ki, Rusiya Azərbaycanla yaxın vaxtlarda barışmaq niyyətində deyil. Azərbaycan isə bununla razılaşıb sakit durmaq niyyətində deyil. Elə Azərbaycanda ABŞ və Azərbaycan əməkdaşlığına həsr olunanan toplantının keçirilməsi və Elmar Məmmədyarovun ABŞ-i müttəfiq elan etməsi təsadüfi deyil. Elmar Məmmədyarov bildirib ki, müstəqil Azərbaycan dünyada ilk müsəlman demokratiyası olaraq beynəlxalq ictimaiyyətə nümunə göstərib. O qeyd edib ki, ABŞ demokratik cəmiyyətin qurulması və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək verir. E. Məmmədyarovun sözlərinə görə, 20 il əvvəl alovlanan Dağlıq Qarabağ münaqişəsi ölkə iqtisadiyyatının inkişafına problem yaratsa da, hazırda Azərbaycan regionun lideridir: "Hazırda Azərbaycan iqtisadiyyatı bölgə iqtisadiyyatının ümumi həcminin 80 faizindən çoxunu təşkil edir".E. Məmmədyarov Azərbaycan və ABŞ-ın həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq etdiklərini söyləyib: "Azərbaycan beynəlxalq birliyin terrorçuluqla mübarizəsinə tam dəstək verir. Biz sülhməramlı əməliyyatlarda iştirak edərək bu istiqamətdə bir sıra addımlar atmışıq. Azərbaycan avroatlantik cəmiyyətin dəyərlərini bölüşür".Nazir Azərbaycan üçün əsas problemin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olduğunu vurğulayıb: "Bu münaqişənin həlli çox vacibdir. Ermənistanın qeyri-konstruktiv mövqeyi təkcə Azərbaycana yox, Ermənistanın əhalisinə də zərər verir. Münaqişənin həlli bütün bölgəyə sabitlik gətirəcək".E. Məmmədyarov Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bir daha diqqətə çatdırıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07