Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi artılır.
"Unikal" xəbər verir ki,bu barədə “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə qeyd olunub.
Dəyişikliyə əsasən, Fondun büdcəsi 6 919 860 000,0 manatdan 6 949 860 000,0 manata qədər artırlır.
Həmçinin fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 5 288 135 400,0 manatdan 5 478 135 400,0 manata, qeyri-büdcə sektoru üzrə 3 387 100 000,0 manatdan 3 577 100 000,0 manata artırılır. Dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 392 000 000,0 manatdan 1 232 000 000,0 manata qədər azaldılır.
Anar Kəlbiyev