Gürcüstanın baş naziri İrakli Kobaxidze mayın 23-də bəyanat yayıb və bildirib ki, Avropa komissarı Oliver Varhey telefon danışığı zamanı ona qarşı təhdidlər edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Varhey bu açıqlamaya cavab verərək, anlaşılmazlıq olduğunu bildirib.

"Avropa komissarlarından biri ilə telefon danışığı zamanı səslənən təhdid şok yaratdı. Avropa komissarı mənimlə söhbətində Qərb siyasətçilərinin şəffaflıq qanununa vetonu dəf etdikdən sonra görə biləcəyi bir sıra tədbirləri sadaladı və bu tədbirləri sadalayarkən qeyd etdi: Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlamasında "Fitsoya nə baş verdiyini gördünüzmü? Ehtiyatlı olmaq lazımdır", - deyə Kobaxidze deyib. 

Kobaxidzenin bəyanatından sonra Varhey Avropa Komissiyasının saytında bəyanat yayıb və onun niyyətlərinin düzgün başa düşülmədiyini bildirib: "Telefon danışığımın müəyyən hissəsinin kontekstdən çıxarıldığına görə çox təəssüfləndiyimi bildirmək istərdim... Gürcüstan cəmiyyətində güclü avropapərəst əhval-ruhiyyənin olduğunu yaxşı bildiyim üçün telefon danışığım zamanı baş nazirin diqqətini daha da qütbləşməyə səbəb ola biləcək qanun qəbul etməklə onsuz da kövrək olan vəziyyəti daha da gərginləşdirməməyin vacibliyinə yönəltməyi lazım bildim. Bu baxımdan Slovakiyadakı son faciəvi hadisə nümunə kimi göstərildi və cəmiyyətin bu qədər yüksək qütbləşməsinin hətta Avropada da hara apara biləcəyinə istinad edildi". 

Ağarza Elçinoğlu