Portuqaliyalı baş məşqçi Joze Mourinyo "Fənərbağça"ya rəhbərlik edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

61 yaşlı mütəxəssis Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Fənərbaxça" başa çatan Türkiyə çempionatında ikinci yeri tutub.

Mourinyo məşqçilik karyerası ərzində “Benfika”, “Leiriya”, “Portu”, “İnter”, “Real Madrid”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”, “Roma” klublarına rəhbərlik edib.

Ağarza Elçinoğlu