Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Unikal" xəbər verir ki, o, medalı 25 metr məsafədən standart tapançadan atəşaçma üzrə yarışda əldə edib.
İdmançı, ümumilikdə, 570 xal toplayaraq üçüncü yerdə qərarlaşıb.
Avropa çempionatına iyunun 8-də yekun vurulacaq.