"Roma" yoldaşlıq görüşündə "Milan" üzərində böyükhesablı qələbə qazanıb - 5:2. Oyun Pert şəhərində (Avstraliya) baş tutub.

"Unikal" xəbər verir ki, paytaxt komandasının heyətində Tommaso Baldanzi, Tammi Abraham, Ancelino, Paulo Dibala və Sərdar Azmun fərqləniblər. "Qırmızı-qaralar"ın qollarını isə Teo Hernandes və Noa Okafor vurublar.

Qeyd edək ki, "Milan" 2023/24 mövsümünün sonunda İtaliya çempionatını 75 xalla ikinci yerdə başa vurub. "Roma" isə 63 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.