"Yuventus" Superliqa layihəsindən çıxdıqdan sonra Avropa Klublar Assosiasiyasına (ECA) qayıtmaq üçün müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə klubun saytında bildirilir.
Bildirilir ki, iyunun 1-də UEFA-nın prezidenti Aleksandr Çeferin və bu qurumun baş katibi Matias Qrafströmün iştirakı ilə AAK İcraiyyə Komitəsinin iclası keçirilib.
İclasın əvvəlində ECA-nın prezidenti Nasser Al-Xelaifi müraciətində deyib: "Görüşə çox vacib xəbərlə başlayıram. Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, “Yuventus” yenidən birləşmək üçün AAK-a müraciət təqdim edib və bu, yaxın vaxtlarda yekunlaşacaq".
Ağarza Elçinoğlu