"Real"ın hücumçusu Kilian Mbappe yeni komandasında oynayacağı nömrə ilə bağlı qərar verib.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano paylaşım edib.

Belə ki, fransalı futbolçu Madrid təmsilçisində 9 nömrəli formada çıxış edəcək. Qeyd olunur ki, Mbappe "Real"dan qarşıdakı mövsüm üçün ona 10 nömrə təqdim etməyi tələb etməyib. Kilian müqaviləsini növbəti mövsüm üçün uzatmış yarımmüdafiəçi və klub əfsanəsi Luka Modriçə hörmət edir.

Qeyd edək ki, dünən "Real" K.Mbappe ilə 5 illik müqavilə imzaladığını açıqlayıb.