Xaçmazda yol ayrıcında qəza baş verib, xəsarət alanlar var. 

"Unikal"ın məlumatına görə, hadisə A. Ələsgər küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində qeydə alınıb. 

Belə ki, Kərimov Ceyhun Ehtiram oğlu idarə etdiyi "Hyundai-Avante" markalı minik avtomobili ilə hərəkətdə olarkən yol ayrıcında gözləmədən hərəkətdə olan 1956- cı il təvəllüdlü Hacıyev Hacıgül Abgül oğlunun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobilinə çırpılıb. 

Zərbənin təsirindən "VAZ-21099" yol kənarındakı səki ilə hərəkət edən piyada 1956-cı il təvəllüdlü Balayev Telman Zabit oğlunu vurub. "Hyundai-Avante" isə yaşayış evinin hasarın dağıdıb. 

Yaralılar xəstəxanaya aparılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca