İtaliya vitse-çempionu "Milan" mövsümü icarə əsasında İtaliya "Roma"sında keçirən belçikalı hücumçu Romelu Lukakunu almaq istəyir.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

31 yaşlı futbolçunun transfer hüququ hazırda Milan klubunun danışıqlar apardığı London "Çelsi"sinə məxsusdur.

Bitmiş mövsümdə Lukaku "Roma" ilə 47 matçda iştirak edib, 21 qol vurub, 4 məhsuldar ötürmə edib.

Transfermarkt Lukakunun transfer dəyərini 30 milyon avro qiymətləndirir. Onun "Roma" ilə icarə müqaviləsi iyunun 30-da başa çatacaq.

Ağarza Elçinoğlu