Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Niderland millisinin sabiq üzvü Covanni van Bronkhorst "qara-qartallar"ı çalışdıracaq.

49 yaşlı mütəxəssis ümumilikdə 3 illik müqavilə bağlayıb.