"Lill"in yeni baş məşqçisi müəyyənləşib.

"Unikal" Fransa klubunun saytına istinadən xəbər verir ki, Paulo Fonsekanın istefasından sonra boş qalmış vəzifəyə Bruno Qenesio təyin edilib. Fransalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

57 yaşlı çalışdırıcının son iş yeri 2023-cü ilin noyabrında ayrıldığı Fransa "Renn"i olub.