"Real"ın yeni mövsüm üçün Arda Gülerlə bağlı planı müəyyənləşib.
"Unikal" "Athletic"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi türkiyəli yarımmüdafiəçini komandada saxlamaq istəyir və daha çox şans verməyi planlaşdırır. Ardanın sağ cinahda oynamaq şansının yüksək olduğu vurğulanıb.
Qeyd edək ki, 19 yaşlı futbolçu 2023/2024 mövsümündə zədə səbəbindən cəmi 12 matçda meydana çıxıb və 6 qol vurub.